Magistraturada yüksək bal toplayan ilk üçlük bu universiteti seçdi

Magistraturada yüksək bal toplayan ilk üçlük bu universiteti seçdi
09:59 12 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzinin 2017/18-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanlarında respublika üzrə fərqlənən tələbələr UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olublar.

 

UNEC-dən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədovla magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyliyə mərkəz haqqında ətraflı məlumat verərək, ixtisasların yeni beynəlxalq standartlarda hazırlanan tədris planlarını onlara təqdim edib. Mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə imkanı, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanları tələbələrin xüsusi marağına səbəb olub.

Görüşün sonunda tələbələr mərkəzdəki təhsil və tədris üçün yaradılan şəraitdən məmnun qalaraq, təhsil almaq üçün UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçəcəklərini bildiriblər.

 

Qeyd edək ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün 29 iyun 2015-ci ildə UNEC Elmi Şurasının qərarı ilə yaradılıb. Mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma  üzrə 4 dildə tədris aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR