Bakı-Qazax yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Qazax yolunda hərəkət qismən məhdudlaşdırılacaq
10:09 12 İyun 2017
21 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən  avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir. Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.

 

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

Bunun üçün də  "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR