Qaraciyəri təmizləyən möcüzəvi çay

Qaraciyər siqaret, alkoqol, kirli hava və s. şərtlərdən təsirlənir və ciddi sağlamlıq problemlərinə səbəb olur.

Metbuat.az xəbər verir ki, qaraciyəri təbii üsullarla təmizləmək və gənc hala gətirmək mümkündür. Bunun üçün köməyinizə dəmirhindi çayı gələcək.

Bu bitki eyni zamanda sinir sistemini qoruyur və öd kisəsi ilə bağlı problemləri həll etməyə yardımçı olur. Yağlanmış və içi zəhərlə dolmuş qaraciyəri dəmirhindi çayı ilə qısa müddətə sağalda bilərsiniz.

Dəmirhindi çayını hazırlamaq üçün 1 litr suyu qaynadın. Qaynatmazdan əvvəl 20 qram dəmirhindi meyvəsini suya əlavə edin. Qaynatdıqdan sonra soyumağa buraxın. Çay soyuduqdan sonra səhər və axşam gündə 2 dəfə ac və ya tox qarına içə bilərsiniz. Çaya şəkər əlavə etmədən için. Dadlandırmaq üçün bir qaşıq bal əlavə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR