Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib

Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib
14:43 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbi konsert keçirib. Konsert görkəmli sənətkar Rəşid Behbudovun anım gününə həsr olunub.

Bu barədə Trend-ə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

İlk öncə məktəbin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında S.Ələsgərov “Rəqs-tokkata”, Q.Qarayev “Fikirli”, D.Şostakoviç “Lirik vals”, V.Gillok “Flamenko”, V.A.Motsart “Rondo”, F.Mendelson “Skerso”, V.Monti “Çardaş”, C.Rossini “Oğru sağsağan” kimi Azərbaycan bəstəkarları ilə yanaşı dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin birləşmiş xor kollektivinin V.Yanq “Around the world”, T.Quliyev “Dostluq” və “Neftçilər” mahnıları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2765647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR