Xəstəxanada dəhşət: Qolu unitazın içində qaldı - VİDEO

Xəstəxanada dəhşət: Qolu unitazın içində qaldı - VİDEO
13:33 13 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ərzurum bölgəsində yerləşən xəstəxanalardan birində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, vətəndaşlardan birinin telefonu xəstəxananın tualetində unitaza düşüb. Telefonu çıxartmağa çalışarkən qolu unitazın içərisinə ilişən vətəndaş 2 saata yaxın o vəziyyətdə qalıb.

Qışqıraraq kömək çağıran kişiyə xəstəxana işçiləri tərəfindən yardım edilib. Hadisə yerinə xilasetmə briqadası çağrılıb.

Xəstəxanaya gələn xilasedicilər təxminən 1 saata yaxın unitazı sındırmağa çalışıblar. Nəhayət vətəndaş düşdüyü vəziyyətdən çıxarılıb.

Sosial şəbəkələrə yüklənən həmin görüntüləri təqdim edirik:


Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR