Banqladeşdə azı 61 nəfər təbii fəlakətin qurbanı olub

Banqladeşdə azı 61 nəfər təbii fəlakətin qurbanı olub
15:22 13 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Banqladeşdə leysan yağışlardan sonra yaranan torpaq sürüşməsi nəticəsində azı 61 nəfər ölüb, onlarla sakin itkin düşüb.
“Report” BBC-yə istinadən xəbər verir ki, hakimiyyət təbii fəlakətin qurbanlarının sayının artacağından ehtiyatlanır.
Bəzi rayonlarda elektrik enerjisi və mobil rabitə əlaqəsi kəsilib. Ölənlər arasında 5 hərbçi də var. Onlar Ranqamati rayonunda yolu təmizləyərəkən torpaq sürüşməsi nəticəsində ölüblər.
Qeyd edək ki, 2007-ci ildə Çittaqonte bölgəsində baş verən sürüşmə nəticəsində 130-a yaxın sakin ölmüşdü. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/banqladesde-azi-61-nefer-tebii-felaketin-qurbani-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR