BMW Х5 və Х6 modellərini geri çağırır

BMW Х5 və Х6 modellərini geri çağırır
19:14 13 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanin məşhur avtomobil istehsalçısı olan BMW ötürücü mildəki nöqsanlara görə 86 mindən çox X5 və X6 modellərini Çin bazarından geri çağırır.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2010-cu ilin aprelindən 2013-cü ilin aprelinədək istehsal olunan nəqliyyat vasitələridir. Onların 57371-i BMW X5, 29407-i isə X6 modelidir.

Cari il noyabrın 1-dən başlayacaq prosesdə nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR