Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalda olub - FOTO

Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalda olub - FOTO
19:29 13 İyun 2017
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, qonaqlar əvvəlcə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra türkiyəli heyət hospitalın ərazisində ucaldılmış Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev qonaqlara hərbi hospitalın yaranma tarixi, onun fəaliyyəti, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın bölmə və şöbələri ilə tanış olan kontr-admiral H.Bilgiç ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib, Hərbi Tibb Fakültəsində təhsil alan tələbə və rezidentlərlə görüşüb.

Sonra qonaqlar Azərbaycan Tibb Universitetinə gələrək təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.

Türkiyə hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR