Türkiyə hərbçilərini Qətərə göndərdi

Türkiyə hərbçilərini Qətərə göndərdi
03:34 14 İyun 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti Qətərə yollanıb. APA-nın  “Milliyet”ə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var. İyunun 12-də Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini bildirib.   

 

Qeyd edək ki, 2014-cü il tarixli qeyd olunan saziş Qətərdə Türkiyə hərbi bazasının yaradılmasını nəzərdə tutur.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR