Tarixdə bu gün nələr baş verib?

1794-cü ilin bu günü görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh anadan olub.

14 iyun 1900-cu ildə ABŞ Havay adalarını öz ərazisinə birləşdirib.

1907-ci ilin bu günündə Norveçdə qadınlar səsvermə hüququ alıb.

14 iyun 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti ölkədə fövqəladə vəziyyətin elan olunması barədə qərar qəbul edib.

1926-cı ilin bu günündə tanınmış tarzən, xalq artisti Həbib Bayramov anadan olub.

14 iyun 1937-ci ildə Pensilvaniya bayraq gününü rəsmi ştat bayramı kimi qeyd edən ilk ABŞ ştatı olub.

1951-ci ilin bu günündə ilk ticari kompyuter olan "UNİVAC- I" təqdim edilib.

14 iyun 1964-cü ildə Nelson Mandela ömürlük həbsə məhkum edilib.

1982-ci ilin bu günündə Argentina ordusu Folklend adalarında Böyük Britaniyaya təslim olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR