Avtomobili radara çırpdı: ölən və yaralananlar var

Avtomobili radara çırpdı: ölən və yaralananlar var
11:54 14 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 13-də saat 8 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəstəxanaya yerləşdirilib, H.Rəhimov orada ölüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR