Qusar polisindən nümunəvi addım – məktəbə su xətti çəkildi

Qusar polisindən nümunəvi addım – məktəbə su xətti çəkildi
12:29 14 İyun 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Daxili Qoşunların şəhid olmuş əsgəri Bəhruz Ağaverdiyevin adını daşıyan Qusar rayonundakı 1 nömrəli tam orta məktəbə gedən su xətti texniki nasazlıq səbəbindən sıradan çıxıb. Lent.az xəbər verir ki, təhsil müəssisəsinin kollektivi və valideyn komitəsinin üzvləri məktəbin içməli su probleminin həlli ilə bağlı Qusar RPŞ Şahdağ Polis Bölməsinə müraciət edib. Məlum olub ki, yaxınlıqdakı su xətti məktəbin 130 metrliyindən keçir və polis bölməsinin rəisi Səbuhi Rüstəmovun məktəb rəhbərliyi ilə görüşəndə problemin aradan qaldırılması, görüləcək işlər müzakirə olunub.

 

Bundan sonra polisin təşkilatçılığı ilə görülən işlər nəticəsində məktəbə içməli su xətti çəkilib və problem artıq aradan qaldırılıb. Həmçinin su xətti çəkilən zaman dağılan asfalt yol da yenidən təmir edilərək istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR