Magistraturaya qabiliyyət imtahanları keçirilib

Magistraturaya qabiliyyət imtahanları keçirilib
12:39 14 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Dövlət İmtahan Mərkəzi  8, 9 və 10 iyun tarixlərində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət  imtahanları keçirib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, musiqi sənəti (proqram 68), Teatr, kino və xoreoqrafiya sənətləri  (proqram 69) və  Təsviri sənət (proqram 70) istiqamətlərinə  aid olan ixtisaslaşmalar üzrə bütövlükdə 170 bakalavr, Musiqi sənəti (proqram 68) üzrə 98, Teatr, kino və xoreoqrafiya sənətləri  (proqram 69) üzrə 7, Təsviri sənət (proqram 70) istiqaməti üzrə isə 65 bakalavr qeydiyyatdan keçib. 5 bakalavr imtahanlarda iştirak etməyib.  İmtahanlarda iştirak edən bütün bakalavrlar tələb olunan müsabiqə şərtlərini ödəyib. Hər üç istiqamət üzrə bakalavrların aldıqları qiymətlərdən apelyasiya şikayəti vermək hüququnu təmin etmək məqsədilə istiqamətlər üzrə Apelyasiya  Komissiyaları yaradılıb. Qaydalara əsasən bakalavrlara imtahan nəticələri elan  olunan gün müvafiq Apelyasiya  Komissiyalarına  müraciət etmək hüququ verilib. İmtahanda iştirak etmiş heç bir bakalavr Apelyasiya  Komissiyalarına apelyasiya şikayəti ilə bağlı müraciət etməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR