Azərbaycanda yeni kampaniya: Əsgərə məktub yaz - VİDEO

Azərbaycanda yeni kampaniya: Əsgərə məktub yaz - VİDEO
14:19 14 İyun 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanda yeni kampaniya başladılıb. Lent.az-ın məlumatına görə, “Əsgərə Məktub” kampaniyası çərçivəsində vətəndaşların Azərbaycan ordusunun əsgər və zabitlərinə məktub yazması və məktubların əsgərlərə çatdırılması nəzərdə tutulur.

 

Bunun üçün esgeremektub.com saytı fəaliyyətə başlayıb. Hər kəs qeyd olunan sayta daxil olub, ad, soyad və yaşını yazmaqla, əsgərlərimizə ürək sözlərini yaza, onlara dəstəyini ifadə edə bilər.

 

Kampaniya çərçivəsində yazılmış ilk məktubu Azərbaycanın tanınmış hərbi jurnalisti Şəmistan Əlizamanlı oxuyub.

 

Kampaniya sosial şəbəkələrdə də #esgeremektub haştaqıyla yayılır.

 

Onu da qeyd edək ki, 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı həyata keçirilən kampaniyanın ideya müəllifi Mover.az şirkətidir. Mover.az şirkəti Türkiyədən sifarişlərin Bakıya çatdırılmasını təşkil edir.

 

Şirkət kampaniya çərçivəsində əhaliyə müraciət edib:

 

“Azərbaycan əsgərinin sənin dəstəyinə ehtiyacı var! Vətənin bir qarış torpağı və xalqımızın daha güclü, təhlükəsiz şəraitdə yaşaması üçün səngərlərdə düşmənlə üz-üzə dayanan igid oğullarımız səndən gələcək ən kiçik xoş sözlə gücünə güc qatacaq! Onu necə sevdiyini, onun necə müqəddəs vəzifə daşıdığını, ona minnətdar olduğunu, arxa cəbhədə olsan da, ürəyinin və fikrinin həmişə onun yanında olduğunu göstər! Əsgər səndən məktub gözləyir!”

 

www.esgeremektub.com

 

Məktublarınız 26 İyun Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq! #esgeremektub

 

Kampaniya feysbuk istifadəçiləri üçün də xüsusi çərçivə hazırlanıb. Sosial şəbəkə istifadəçiləri esgeremektub.com saytına daxil olaraq Silahlı Qüvvələr Günü ilə bağlı hazırlanmış “İgid Əsgər, möhkəm dayan!” şüarlı çərçivəni profil şəkli edə bilərlər. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR