İFTARA ÖZƏL: Ananaslı içkinin hazırlanması

İftara özəl həm asan hazırlanan, həm də arıqladan içki hazırlamaq istəyirsiniz?

Metbuat.az arıqladan ananaslı içkinin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:
1 stəkan portağal şirəsi
4 ədəd təzə nanə yarpağı
2 dilim ananas
1 çay qaşığı toz halına gətirilmiş zəncəfil
3 qaşıq yağsız qatıq
1 stəkan badam südü
2 dilim zəncəfil

Hazırlanmasına gəldikdə, sadaladığımız bütün ərzaqları blenderdən keçirib maye halına gətirin. Zövqə görə su da əlavə edə bilərsiniz. Lazımi qatılığı əldə etdikdən sonra soyuducuda bir müddət saxlayın və için.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR