Sumqayıt polisi külli miqdarda narkotik aşkarladı

Sumqayıt polisi külli miqdarda narkotik aşkarladı
17:24 14 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

           

İyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.

           

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman cibindən polietilenə qablaşdırılmış gümüşü rəngli siqaret kağızında 2 bükülü və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülüb.   

 

Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.

Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram narkotik vasitə olan heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkar edilərək götürülüb.

E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. 

 

           

                       

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR