14 yaşlı yeniyetməni yük maşını vurdu - Biləsuvarda

14 yaşlı yeniyetməni yük maşını vurdu - Biləsuvarda
20:09 14 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub. 

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. 

 

Kənd sakini 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədli keçmək istəyərkən onu "Ford" markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR