"Maşın Şou"nun qalibi bəlli oldu - FOTO

"Maşın Şou"nun qalibi bəlli oldu - FOTO
01:29 15 İyun 2017
684 Digər
Ölkə mətbuatı
A- A+

"Maşın Şou"nun qalibi bəlli olub. Lent.az xəbər verir ki, verilişin yayımlandığı ATV kanalının aparıcısı Fərid Rəsul bu barədə "İnstagram"da paylaşım edib. 

 

O, yarışın iştirakçısı, aktyor İslam Mehrəliyevin şəklini paylaşaraq, "Təbriklər, çox sevindim, salamat sür!" qeydini yazıb. 

 

Qeyd edək ki, maşının sahibinin kimliyi verilişin aparıcı Murad Dadaşov tərəfindən hələ açıqlanmayıb. Ancaq o bildirib ki, qalib  artıq bəllidir. 

 

Onu da bildirək ki, şouda son üç finalçı rəqqasə Oksana Rəsulova və aktyorlar İslam Mehrəliyevlə Elcan Rəsulov idi. Oksana əlini könüllü şəkildə maşından çəkərək yarışdan getdiyini açıqlamışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR