Erməni kikboksçunu nokauta salan hollandiyalı idmançı hədələnir

Erməni kikboksçunu nokauta salan hollandiyalı idmançı hədələnir
04:19 15 İyun 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Erməni kikboksçunu nokauta salan hollandiyalı idmançı hədələnir. APA TV-nin məlumatına görə, bunu hollandiyalı kikboksçu Murtel Qronhartın özü bildirib. O, deyib ki, erməni rəqibi Arut Qriqoryana qalib gəldikdən sonra hədələr alır: “Görüşdən sonra mən Arut Qriqoryana yaxınlaşdım, ona döyüşə görə minnətdarlığımı bildirdim. O isə məni təbrik etdi. Lakin hədələr alıram. Unutmaq olmaz ki, bu, idmandır”.

 

Xatırladaq ki, Parisdə geçirilən yarışda Murtel Qronhart Ermənistan təmsilçisi Arut Qriqoryana qalib gəlib. Hollandiyalı idmançını güclü zərbəsindən sonra özünü itirən erməni kikboksçu hakimə xəbərdarlıq etmədən arxasını rəqibinə çevirib və rinqi tərk etməyə çalışıb. Bu vaxt Murtel Qronhart daha bir zərbə ilə erməni idmançısını nokauta salıb.

 

Bundan sonra erməni azarkeşlər rinqə daxil olublar və hollandiyalı idmançıya hücum ediblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR