Aİ daxilində mobil rouminq ləğv edildi

Aİ daxilində mobil rouminq ləğv edildi
07:39 15 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 15-dən etibarən Avropa İttifaqı daxilində mobil rouminq ləğv edilib.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda bildirilir. Bu gündən etibarən abonentlər Avropa İttifaqının istənilən 28 dövləti ərazisində öz ölkələrindəki tariflər üzrə danışacaq və internetdən istifadə edəcəklər.

 

Əvvəl olduğu kimi, abonent rouminq zamanı nəzərdə tutulan yüksək tariflər ödəməyəcək. Avropa Birliyinə daxil olmayan ölkə vətəndaşları üçün mobil rouminq qüvvədə qalır və tariflər də milli operatorlar tərəfindən müəyyən edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR