Yağış və dolu - Sabahın havası

Yağış və dolu - Sabahın havası
12:34 15 İyun 2017
249 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz  23-28° isti, Bakıda gecə  17-19° isti, gündüz  24-26° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.   

  

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR