Albalılı qurabiyə resepti

İftara çay ya da qəhvənizlə içmək üçün dadlı qurabiyə hazırlamaq istəyirsiniz?

Metbuat.az albalılı qurabiyənin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

½ paket marqarin

1 stəkan şəkər tozu

2 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

1 ədəd yumurta

Çəyirdəyi çıxarılmış 250 qram albalı

Hazırlanması:

Çəyirdəyi çıxarılmış albalıları şəkər tozuyla birlikdə suyu gedənə qədər ocaqda qaynadın.

Xəmiri hazırlamaq üçün: Un, marqarin, şəkər tozu, yumurta, qabartma tozu və vanili qarışdırıb xəmir yoğurun. Yoğurduğunuz xəmiri soyuducuda yarım saat saxlayın. Sobanı 160 dərəcədə temperaturda qızdırın. Daha sonra xəmirdən parçalar qoparıb ovucunuzda yuvarlayın. Xəmirin ortasına albalılı qarışıqdan bir qaşıq qoyun və boğça şəklində yuvarlayıb siniyə düzün. 15-20 dəqiqə bişirin. Soyuyanda pudra şəkəri əlavə edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR