Boğaz ağrısından bu üsullarla xilas olun

Tonzillit (angina) udlaq badamcıqlarının iltihablaşmasıdır.

Metbuat.az xəbər verir ki, anginanı xalq təbabəti üsulları ilə sağalda bilərsiniz.

Çuğundur şirəsi ilə boğaz yaxalamaq badamcıq vəzisi iltihabında olduqca faydalıdır. Çuğunduru sürtgəcin xırda gözündən kеçirərək şirəsini sıxın və için.

Anginanın ilk mərhələsində yarım limon qabığını çеynəmək faydalıdır. Ancaq 1 saat ərzində hеç nə yemək olmaz. İmkan yaratmaq lazımdır ki, limon turşusu boğazın selikli qişasına təsir etsin. Müalicəni 3 saatdan bir təkrar edin.

Gecə yatmazdan 1-2 saat öncə bir stəkan ilıq südə 2 çay qaşığı sarıkök tozu və bir az qara istiot əlavə edib qarışdırın və yavaş-yavaş için. Sarıkök yoxdursa, qara istiot yetərlidir. Süddən istifadə daha çox udğunmağınıza səbəb ola bilər. Badamcıqlarınız çox şişibsə və udğunarkən ağrı hiss edirsinizsə, süd istifadə etməyin.

Bakteriyaların qarşısını alan darçın çayı eyni zamanda, iltihablanmanı, ağrını azaldır. Çayınızı toz darçınla hazırlayacaqsınızsa, 5-7 dəqiqə, çubuq darçınla hazırlayacaqsınızsa, 10-12 dəqiqə dəmləmək yetərlidir. Çayınıza bal əlavə edərək təsirini artıra bilərsiniz. Çaydan gündə 2-3 stəkan için.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR