İlham Əliyev bibisinin qırx mərasimində iştirak etdi

İlham Əliyev bibisinin qırx mərasimində iştirak etdi
20:54 15 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 15-də Heydər Məscidində akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın qırx mərasimi olub.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.

 

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR