Tokioda özüidarəolunan taksilərdən istifadə ediləcək

Tokioda özüidarəolunan taksilərdən istifadə ediləcək
22:38 15 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın taksimotor şirkətlərindən biri Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı dövlət yollarında özüidarəolunan avtomobillərin tətbiqi üçün müvafiq texnologiyalar hazırlayan şirkətlə əməkdaşlıq edir.

Əsasən Tokio şəhərini əhatə edən “Hinomaru Kotsu” taksimotor şirkəti bunu iyunun 15-də “ZMP” şirkəti ilə birlikdə keçirilən mətbuat konfransında bəyan edib. Hər iki şirkət 2020-ci ildə sürücüsüz taksilərdən istifadəni qarşıya əsas vəzifə kimi qoyduqlarını bildirib. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/202715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR