Azərbaycanlı aktrisanın qızı türk rejissoruna ərə gedir

Azərbaycanlı aktrisanın qızı türk rejissoruna ərə gedir
05:04 16 İyun 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə qurur.

 

Lent.az Milli.Az-a istinadən məlumatına görə, toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq. Məclisə bir çox sənətkarlar dəvət olunub.

 

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır.

 

Onunla bağlı Türkiyə mətbuatında "Bülent Ersoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR