Qarın yağlarını əridir, qəbizliyin qarşısını alır...

Qarın və göbək hissədə yağlanma, qəbzlik, bağırsaqlarda qaz, həzm problemi bir çox insanın ortaq şikayətlərindəndir.

Metbuat.az sizi bu problemlərdən xilas edəcək meyvə suyunun hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 şorba qaşığı süzgəcdən keçirilmiş zəncəfil

1 şorba qaşığı aloe vera

1 ədəd limon

1 ədəd xiyar

Yarım şüşə təmiz su

Hazırlanması:

Limon, zəncəfil və xiyarı yaxşıca yuyun. Zəncəfili xırda-xırda süzgəcdən keçirin. Xiyarı kub formasında doğrayın. Limonun suyunu sıxın. Aloe vera və digər ərzaqları blenderdən keçirin. Əmələ gələn qarışığı suya qatın.

Qarın yağlarını əridən, mədəni rahatlaşdıran, bağırsaqları təmizləyən meyvə suyunu hər gün hazırlayın və gündə bir dəfə için. Təsirini qısa müddətə görəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az

(Arıqlamaq üçün lazımsız pəhrizə ehtiyac yoxdur - Qoz suyundan için)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR