Gənc pianoçuların konserti keçirildi - FOTO

Gənc pianoçuların konserti keçirildi - FOTO
13:34 16 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

14 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində gənc pianoçuların III respublika müsabiqısinin yekun konserti keçirildi.

 

 

 Lent.az-ın məlumatına görə, Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi respublika müsabiqəsi təşkil edilib. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirib.

 

 

 

Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif diplomlarına layiq görülüblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR