Şamaxıda zəncirvari yol qəzası - xəsarət alanlar var

Şamaxıda zəncirvari yol qəzası - xəsarət alanlar var
13:49 16 İyun 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb.
 
Xaçmaz rayon sakini Zülfüqar Baratovun idarə etdiyi “Daewoo”, İsmayıllı rayon sakinləri Adil Bağırovun idarə etdiyi “Mercedes” və Nicat Hüseynovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobillər toqquşub.
 
Toqquşma nəticəsində avtomobillərdəki sərnişinlər - 2004-cü il təvəllüdlü Rövşən Usubov, 1990-cı il təvəllüdlü İradə Mustafayeva və 1956-cı il təvəllüdlü Məhərrəm Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR