GİZ biomüxtəlifliyin qorunması mövzusunda jurnalistlər üçün təlim keçirib

GİZ biomüxtəlifliyin qorunması mövzusunda jurnalistlər üçün təlim keçirib
15:19 16 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" Proqramı jurnalistlər üçün "Təbiətin faydalarından bəhrələnək - Biomüxtəliflik və Ekosistem Xidmətləri Kütləvi İnformasiya Vasitələri üçün" mövzusunda təlim keçirib.

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən proqramın layihə rəhbəri Patrik Şlyager qeyd edib ki, Azərbaycan dünyanın ən qaynar biomüxtəlifliyi olan nöqtələrindən biridir. Ümumilikdə Cənubi Qafqaz qlobal əhəmiyyətə malik biomüxtəliflik ocağıdır. "Azərbaycanda 1000-dən çox endemik nümunə mövcuddur. Avropada bunların əksəriyyəti "Qırmızı kitab"a düşüb, Azərbaycanda isə sərbəst dövriyyədədir".

 

P. Şlyager qeyd edib ki, ictimaiyyətin biomüxtəliflik və ekosistem xidmətləri barədə məlumatlandırılması, qida, təmiz su, müalicəvi ehtiyatlar kimi ekosistem xidmətlərindən istifadə və onların mühafizəsi barədə məlumatların çatdırılması vacibdir.

 

Tədbirdə qeyd olunub ki, Azərbaycanda meşələrin sayında 0,4 faiz artım var. Bu da meşə bərpa tədbirlərinin 2,5 dəfə artmasının nəticəsidir.

 

Təlim zamanı jurnalistlər üçün GİZ proqramı haqqında,  ekosistem xidmətləri, biomüxtəlifliyin qorunmasında KİV-in rolu mövzularında təqdimatlar olub.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR