Rusiyadan Azərbaycana gələn avtobus aşdı: 7 uşaq xəsarət alıb

Rusiyadan Azərbaycana gələn avtobus aşdı: 7 uşaq xəsarət alıb
17:59 16 İyun 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
 
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
 
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
 
Qəzanın baş vermə şəraiti araşdırılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR