Siyəzəndə avtomobil aşıb

12:47 8 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:46 ]


Siyəzən. Vəli Turan – APA. Bu gün Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi magistralının 99-cu kilometrliyində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Musayev Yaqub Kazım oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan Y. Musayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR