Azərbaycan Ermənistanın 12 muzdlu əsgərini ələ keçirdi – Qarabağda döyüşən TERRORÇULAR

Azərbaycan Ermənistanın 12 muzdlu əsgərini ələ keçirdi – Qarabağda döyüşən TERRORÇULAR
15:08 17 İyun 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarına PKK-nı yerləşdirir. Qarabağda 12 təlim düşərgəsi və 1750 PKK-çı var”.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, Ermənistan əfqanlarla PKK-çıları muzdlu əsgər kimi qəbul edir.

“Suriyadan dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəldi. Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Onların üzərlərində erməni uniformaları var. Lakin Ermənistan bunu qəbul etmir. Onlar PKK-dan gələn muzdlu əsgərlərdir”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR