Millimiz öndə olduğu oyunu uduzdu

Millimiz öndə olduğu oyunu uduzdu
22:34 17 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan millimiz növbəti matçını İsveçə qarşı keçirib.

 

İlk görüşdə Makedoniyaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri bu dəfə də məğlubiyyətə üzülüblər. Maraqlıdır ki, yığmamız ilk iki seti öndə bitirib. Ardınca böyük üstünlüyü əldən verən komandamız 3:2 hesablı acı yenilgi ilə barışmalı olub.

 

Qrupdakı digər oyunda isə iki qalib komanda – Albaniya ilə Makedoniya ilə üz-üzə gələcəklər.

 

Avropa Liqası

II tur

 

İsveç – Azərbaycan - 3:2 (19:25, 23:25, 26:24, 25:9, 15:12)

Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)

Skopye, Boris Traykovski Sarayı


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR