Apamark şirkəti “Ağdaş Yem Fabriki” üçün loqo hazırlayıb

Apamark şirkəti “Ağdaş Yem Fabriki” üçün loqo hazırlayıb
09:59 19 İyun 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

 

İstər qısa, istərsə də uzun müddətli layihələrdə müştərilərinə effektiv həll yolları təqdim edən Apamark şirkəti bu dəfə də Ağdaş Yem Fabriki üçün yeni loqonun hazırlanması işini uğurla tamamlayıb.

 

İconic (Aykonik) üslubda yığılmış loqoda iri və xırda buynuzlu heyvanların rəsmləri əks olunub.

 

Apamark şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, Azərbaycanda yem üzrə ixtisaslaşan fabriklərin işinə töhfə vermək şirkət üçün sevindirici bir haldır: “Şirkətimiz tərəfindən Ağdaş Yem Fabrikinə 4 loqo konsepti təqdim olunmuşdu və onların arasından fabrikin fəaliyyətini daha dolğun əks etdirən bu loqonun üzərində dayanıldı. Yeni loqo fabrikə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq”.

 

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti bu yaxınlarda daha 2 layihəni ictimaiyyətin diqqətinə çatdırmağı planlaşdırır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR