Yeni prezident lezbiyan siyasətçini baş nazir etdi - ÖLKƏ QARIŞDI - FOTO

Yeni prezident lezbiyan siyasətçini baş nazir etdi - ÖLKƏ QARIŞDI - FOTO
12:54 19 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

 

Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiçin hökuməti qurmaq vəzifəsini homoseksual siyasətçiyə tapşırması qalmaqala səbəb olub. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, hökuməti qurmaq vəzifəsini üzərinə götürən Ana Brnabiçin lezbiyan olması müxalifət partiyalarının sərt etirazı ilə qarşılanıb.

 

Bir çox siyasətçilər Ana Brnabiçin xəstə olduğunu deyiblər və onun təşkil edəcəyi kabinetdə təmsil olunmaq istəmədiklərini, bu kabinetə səs verməyəcəklərini bəyan ediblər.

 

Məsələ ilə bağlı ən çox Serbiya İnkişaf Partiyası aktivlik göstərir və yeni prezidentin Ana Brnabiçlə bağlı geri addım atmalı olduğunu açıqlayıblar.

 

Qeyd edək ki, seksual oriyentasiya məsələsi gündəmə gələndən sonra Serbiyada yeni koalisiya hökumətinin təşkili prosesinin həyata keçirilməsi sual altına düşüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR