Təyyarədə dünyaya gələn körpə - VİDEO

Təyyarədə dünyaya gələn körpə - VİDEO
04:23 20 İyun 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın "Jet Airways" aviaşirkətinin Səudiyyə Ərəbistanından Hindistana uçan təyyarə reyslərindən birində maraqlı hadisə baş verib.

Publika.az “Daily Mail”-a istinadən bildirir ki, yerdən 10688 metr yüksəklikdə uçan təyyarədə sancılanan hamilə qadın ekipajın köməkliyi ilə doğuş edib.

Hadisə ilə əlaqədar təyyarə təcili olaraq Mumbay şəhərinin qərbinə eniş edib. Xəstəxanaya çatdırılan ana və körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Hamilə qadınların təyyarəyə minməsi üçün xüsusi həkim icazəsi lazım olsa da, statistikaya görə hər il dünyada ən az 5 körpə təyyarədə dünyaya gəlir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR