"Dəli Kür"ün Mələyi: "Mənə gözəl deyəndə elə bilirəm ki, sataşırlar" - FOTO

"Dəli Kür"ün Mələyi: "Mənə gözəl deyəndə elə bilirəm ki, sataşırlar" - FOTO
12:27 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Dəli Kür" filminin Mələyi, əməkdar artist Zemfira Sadıqova bu günlərdə ad gününü qeyd edib. Aktrisa Milli.Az-a etiraf edərək özünü heç də gözəl hesab etmədiyini bildirib:

"İllər ötür, yaşımın üstünə yaş gəlir. Geriyə dönüb baxanda isə həyatım və yaradıcılığım bir film lenti kimi gözümün önündə canlanır. Bəzən sənət dostlarım və tamaşaçılar mənə deyirlər ki, heç qocalmamısız. Mən özüm bilirəm ki, çox dəyişilmişəm. Vaxtında, yəqin ki, nəsə var idi məndə, amma indi yox. Mənə "gözəl" deyə müraciət edəndə elə bilirəm ki, mənə sataşırlar. Özümü heç vaxt gözəl saymamışam. Fikirləşirəm ki, mən ideal gözəl deyiləm" deyə aktrisa bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR