Bakı-Qazax yolunda dəhşətli qəza: bir ailənin beş üzvü yaralandı - FOTO

Bakı-Qazax yolunda dəhşətli qəza: bir ailənin beş üzvü yaralandı - FOTO
13:05 8 Yanvar 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstandan gələn avtomobilin bu ölkəyə gedən avtomaşınla toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə bu gecə Bakı-Qazax magistralının Tovuz rayonu ərazisində baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Zaur Cəbiyevin idarə etdiyi "Mersedes-Vito" Gürcüstan vətəndaşı Ələddin Mirzəyevin sürücüsü olduğu "BMW" ilə toqquşub. Qəzada bir ailənin 5 üzvü və sürücülər müxtəlif dərəcəli xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Bakıdan Gürcüstana gedən "BMW"nin sürücüsü Ələddin Mirzəyev qəfildən avtomobilin onun yoluna çıxdığını iddia edir. Xəsarət alan digər sürücü Zaur Cəbiyev isə Gürcüstan vətəndaşının sükan arxasında halının pisləşməsi səbəbindən qəzanın baş verdiyini söyləyir.

Hadisə zamanı xəsarət alan digər şəxslər "BMW"nin sürücüsü Ələddin Mirzəyevin həyat yoldaşı, qızı və bacısı qızlarıdır. Faktla bağlı araşdırma aparılır.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR