AZAL dörd ədəd "Boeing" alır - 918 milyon dollara

AZAL dörd ədəd "Boeing" alır - 918 milyon dollara
15:14 20 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd "Boeing 787-8 Dreamliner" təyyarəsi almaq niyyətini elan edib.
 
AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" korporasiyasının rəsmi saytında yerləşdiriləcək.
 
"Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar AZAL-a gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", - dövlət konserninin prezidenti Cahangir Əsgərov bildirib.
 
"Boeing" korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott isə bildirib ki, bugünkü saziş AZAL ilə tərəfdaşlıqda yeni səhifə açır: "Biz əminik ki, bazarda lider olan "Boeing 787-8 Dreamliner" sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək".
 
AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşıyıb.
 
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR