İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:59 20 İyun 2017
1046 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib. 
 
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.
 
IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 43779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
 XI sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 32855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR