"Tok" 48 yaşlı qadını öldürdü

"Tok" 48 yaşlı qadını öldürdü
20:44 20 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə elektrik cərəyanı qadını vuraraq öldürüb. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Həsənova Yeganə Fərhad qızı su çəninə elektrik nasosla su vurmaq istəyərkən cərəyan onu vurub. Qadın dərhal rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR