Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhd olub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 7-də Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda qeydə alınıb. Ağcabədi rayon sakini, ruhi xəstə Sənubər Əhmədova intihar məqsədi ilə özünü dənizə atıb. S.Əhmədova Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
Faktla bağlı araşdırmalar aparılır.