Azərbaycan millisinin sabiq taekvondoçusu İlkin Şahbazov açıq dərs keçəcək.

Məlumata görə, Avropa çempionatının qızıl, gümüş və bürünc medalçısı taekvondosevərləri Heydər Əliyev Mərkəzinin parkında bir araya gətirəcək.

Açıq dərs iyunun 25-də saat 10:00-a planlaşdırılır. 14 dəfə Azərbaycan çempionatının, 25 dəfə beynəlxalq turnirlərin qalibi olan Şahbazovun dərsində iştirak sərbəst olacaq.

Dərsə 5-16 yaşlı idmançılar taekvondo formasında (dobok) qoşula bilərlər. //apa