Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23:19 22 İyun 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

Aİ-yə üzv dövlətlərin liderləri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa qərar veriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi  xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 

“Qərara aldıq. Aİ Minsk razılaşmasının Moskva tərəfindən tam icra olunmaması səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq”, - deyə Tusk bildirib.    

 

Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair rəsmi qərarın  Aİ-yə üzv dövlətlərin liderlərinin sammitindən bir neçə gündən sonra qüvvəyə minəcəyi gözlənilir. Sammitin işi  iyunun 23-də  başa çatacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR