Ət alarkən bunlara diqqət edin

Ət məhsullarının təzə olması sağlamlıq cəhətdən olduqca vacibdir.

Metbuat.az xəbər verir ki, xarab olmuş ət zəhərlənmələrə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də, ət alarkən onun təzə olub-olmadığını mütləq yoxlayın.

Ətin təzə olub-olmadığını anlamağın ən rahat üsulu rəngini yoxlamaqdır. Təzə ət qırmızı və parlaq görünüşə sahibdir. Ət bənövşəyi rəngə çalırsa, bayatlamağa başladığını göstərir. Ətin üstündə yaşıl və qara nöqtələr varsa, ətin tamamilə xarab olduğunu göstərir.

Qoxusuna diqqət edin

Xarab olmağa başlayan ət pis qoxu verir. Xüsusilə, xarab yumurta qoxusu və ya turş bir qoxu hiss edirsinizsə, deməli ət xarab olub.

Əldə yapışqan hiss buraxırsa

Təzə ət parlaq olur və toxunduğunuzda əlinizə yapışmaz. Toxunduğunuz zaman yapışqan hiss qalırsa, ətin xarab olduğunu göstərir.

Bişdikdən sonra

Təzə ət bişdikdən sonra diri və yumşaq olur, ağızda dağılır, asanlıqla dilimlənir.

Aysel Yaqubqızı / Metbuat.az

(Ən dadlı tikə kababı necə bişirmək olar? -RESEPT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR