Bu məşhurlarımız ağır xəstəliyə tutulub

Məşhurların həmişə dəbdəbəli həyatlarından danışılır. Bəs, onlar hansı xəstəliklərdən əziyyət çəkirlər?

Metbuat.az ağır xəstəliklərdən əziyyət çəkən məşhurları təqdim edir:

Xalq artisti Flora Kərimova 4 dəfə insult keçirib. Müğənni eyni zamanda göz zəifliyindən əziyyət çəkir.

Flora Kərimova əməliyyat olundu - FOTO

Xalq artisti Afaq Bəşirqızı uzun müddətdir ki, ürək-damar yollarının tutulmasından əziyyət çəkir. O, bir dəfə buna görə əməliyyat olunub.

Xalq artisti Ramiz Əzizbəyli insult keçirib. Uzun müddətdir ki, müalicə alır.

Müğənni Nurlan Əzizbəyli də ürək damarlarında olan problemə görə mikroinfarkt keçirdib.

Məşhur aktyor Səməndər Rzayevin oğlu, aktyor Rəşad Səməndər bir müddətdir ki, psixi pozğunluq yaşayır.

Aparıcı Hacı Nuran isə uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır.

Tanınmış şair Vaqif Bayatlı Odərin beyninə qan sızıb. O, uzun müddətdir müalicə alır.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR