Metronun üç stansiyasında iş vaxtı dəyişdi

"Bu gün Bakı metrosunun üç stansiyası gecə saat 2-yə kimi işləyəcək".

Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a müsahibəsində bildirib. O qeyd edib ki, ölkəmizdə keçirilən yarışın (Formula 1) açılışı münasibəti ilə əhalinin rahat daşınılması üçün "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyaları gecə saat 02:00-a kimi işləyəcək.

Qeyd edək ki, digər stansiyalar isə adi qrafiklə işləyəcək.

Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək - BU TARİXDƏN...

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR