Fransa səfirimiz dəyişdirildi

Fransa səfirimiz dəyişdirildi
18:44 23 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Lent.az-ın AzərTac-a istinadən  məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Qeyd edək ki, R.S.Mustafayev dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR