Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
19:04 23 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

 

Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Qusar Rayon İcra Hakimiyyəti ilə birgə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib.

Lent.az-ın məlumatına görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Silahlı Qüvvələrimizin formalaşma prosesindən danışıb.  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov milli ordu quruculuğu prosesində Heydər Əliyevin misilsiz xidmətləri olduğunu və bugün də hərbi sahəyə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirmişdir ki, Azərbaycan Ordusu tarixi inkişaf prosesi keçərək regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya yüksək səviyyədə diqqət və qayğısı nəticəsində hazırda milli ordumuz ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. 

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Qusar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR